Dünya 16:44 22.10.2019

Albert Eynşteynin məktubları auksiona qoyuldu

Dünya şöhrətli fizik Albert Eynşteynin atom bombasının təhlükəsi və məhv edilməsinin zəruriliyi barədə biznesmen Klivlend Doca yazdığı 4 məktub Nyu-Yorkdakı "Bonhams" şirkətində auksiona çıxarılıb.

Qaynarinfo xəbər verir ki, məktublar 15,5 min dollardan auksiona çıxarılıb.

Qeyd edək ki, A.Eynşteyn ABŞ prezidenti Teodor Ruzveltə məktub yazaraq nüvə bombasından faşist Almaniyasına qarşı istifadəni məsləhət görmüş, lakin Yaponiyanın Xiroşima və Naqasaki şəhərlərində törədilən atom fəlakətindən sonra bombanı "insanlıq üçün dəhşətli təhlükə" adlandıraraq xəbərdarlıq etmişdi.

Gülşən