Rusiya millisinin futbolçusu Aleksandr Səmədov Azərbaycan yığmasına qarşı keçirilən son oyunla bağlı yeni açıqlama verib.
Qol.Az xəbər verir, “İsvestiya” qəzetinə müsahibəsində o, Bakıda baş tutan görüşdə onu topa hər toxunuşda fitə basmasına görə yerli azarkeşlərə kin saxlamadığını deyib: “Hamı başa düşürdü ki, oyun gərgin keçəcək və biz güclü pressinq altında olacağıq. Matça biz nəzarət edirdik, hesabda 1:0 öndəydik, amma sonda qol buraxdıq. Allaha şükür ki, hər şey yaxşı qurtardı. Azarkeşlərdən isə incik deyiləm”.
A.Səmədov matç bitəndən sonra millimizin futbolçuları ilə aralarında olan söhbətə də toxunub: “Biz normal qaydada danışdıq. Söhbətimiz isə futbol yox, başqa mövzularda idi”.
Qaynar.info
Şərhlər