Ali Attestasiya Komissiyasında yeni təyinatlar

Ali Attestasiya Komissiyasında yeni təyinatlar

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) yeni kadr dəyişiklikləri olub.

"Report”un xəbərinə görə, bununla bağlı AAK sədri Famil Mustafayev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Asif Rüstəmli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri vəzifəsindən azad edilib. O daha yüksək vəzifəyə - AAK-nın Akkreditasiya şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

AAK sədrinin daha bir əmri ilə Mübariz Məmmədli Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinə müdir təyin olunub. O, bu təyinata qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR