“Gənclər arasında ayrı-seçkilik salınmamalıdır”.
Ali təhsil alan gənclər hərbi xidmətə getməməlidir. Çünki fasilə olduğu halda insan elmdən soyuyur, zaman-zaman əldə etdiyin biliklər yaddan çıxır, unudulur.
SalamNews xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Gənc Liderlər üçün Qış Universiteti”ndə gənclərlə görüşü zamanı bildirib. O deyib ki, vaxtilə ali təhsil alan gənclərin hərbi xidmətə getməmələri üçün hazırlanan Qanun layihəsi ətrafında Milli Məclisdə böyük müzakirələr aparıldı.
Bildirildi ki, gənclər arasında ayrı-seçkilik salınmamalıdır. Onun sözlərinə görə, Vətənin müdafiəsi və orduda xidmət etmək şərəfli işdir:
“Türkiyədə orduda xidmət edənə böyük məhəbbətlə, şərəflə yanaşırlar. Xocalı və 20 Yanvar hadisələrində sovet əsgəri bizim gözümüzdən hədsiz dərəcədə düşdü. Könüllü şəkildə hər kəs silahdan istifadə etməyi bacarmalı, Vətən qarşısında borcunu ödəməlidir”.
Qaynar.info
Şərhlər