Sənət 15:20 16.01.2015

Alim Qasımovun qızına qadağa qoyulub?

"Fərqanə Qasımovaya oxuma qadağası ilə bağlı xəbərlər həqiqətə uyğun deyil". 

Bunu anspress-ə açıqlamasında Alim Qasımovun mətbuat katibi Səadət Möhübova bildirib. 

Onun sözlərinə görə, bu barədə şayiələr İran konsertindən sonra yayılıb. İddialara görə, konsert 3 günlük olub. İki gün Alim Qasımovla Fərqanə Qasımova birlikdə səhnəyə çıxsalar da, 3-cü gün xanəndə səhnəyə tək çıxmalı olub. 

S.Möhübovanın sözlərinə görə, deyiləlrlə həqiqətə uyğun deyil. Belə ki, konsert proqramı əvəllcədən iki günlük planlaşdırılıb: "Konsert yanvarın 11 və 12-si üçün nəzərdə tutulmuşdu. Bu iki gün ərzində də Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə konsert veriblər. Sadəcə olaraq, konsertlər başa çatandan sonra dinləyicilərin xahişi ilə A.Qasımov bir gün artıq səhnəyə çıxıb. Bu proqramı da Fərqanə xanım əvvəlcədən planlaşdırmamışdı. Buna görə də Alim Qasımov əlavə edilən gündə tək oxuyub". 

Səadət Möhübova Fərqanə Qasımovaya oxumağın qadağan edilməsi, onun səhhəti ilə əlaqədar çıxış edə bilməməsi haqqında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Fərqanə xanımın hətta səhnədən uzaqlaşdırılması haqqında söz-söhbətlər də yayılmışdı. Bunlar şayiədən başqa bir şey deyil".

Qaynar.info