Ölkə 23:05 20.10.2019

Alimdən təklif: “Tarixi məlumatlar yayan telekanal açılmalıdır”

"Azərbaycan müharibə şəritində yaşayan ölkədir. Düşmənlərimiz bizim tariximizi çox zaman saxtalaşdırmağa, öz xeyrinə uyğun istifadə etməyə çalışırlar. Ona görə, bizdə tarixi məlumatlar yayan telekanal mütləq olmalıdır”.

Bunu azedu.az-a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov deyib. O, Azərbaycanda tarixi məlumatlar çatdıran telekanalın açılmasını təklif edib:

"Mən bununla bağlı təcrübəyə xarici ölkələrdə rast gəlmişəm. Məsələn, Polşada bir deyil, hətta iki telekanal yalnız bu dövlətin tarixindən bəhs edən verilişlərə ayırılıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün televiziya kanalının açılmasına ehtiyac var”.