Xəbər lenti

Aliment barədə ən böyük yanlış: Qanun əslində nə deyir?
Ölkə 13:50 07.07.2026

Aliment barədə ən böyük yanlış: Qanun əslində nə deyir?

"Azərbaycanda çoxları hesab edir ki, aliment yalnız boşanmadan sonra və məhkəmə qərarı ilə ödənilir. Halbuki bu, doğru deyil". 

Bu fikirləri hüquq müdafiəçisi Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında Ailə Məcəlləsində aliment öhdəlikləri ilə bağlı mövcud hüquqi mexanizmləri şərh edərkən səsləndirib. 

Hüquqşünas bildirib ki, qanunvericilik aliment məsələsinin yalnız məhkəmə yolu ilə həllini nəzərdə tutmur. 
 
Onun sözlərinə görə, tərəflər boşanmadan əvvəl də notariat qaydasında aliment barədə saziş bağlaya bilərlər:
 


"Azərbaycanda əksəriyyət elə düşünür ki, aliment yalnız ər-arvad arasında və yalnız uşağa görə ödənilir. Əslində isə aliment öhdəliyi daha geniş anlayışdır. Qanunvericiliyə əsasən, övladın valideyn qarşısında, eləcə də baba, nənə və digər yaxın qohumlar arasında da aliment  öhdəlikləri yarana bilər. Üstəlik, bunun üçün mütləq məhkəməyə müraciət etmək tələb olunmur. Tərəflər notariusda alimentlə bağlı saziş bağlaya bilər və həmin sənəd hüquqi qüvvəyə malik olur".

Əkrəm Həsənov qeyd edib ki, alimentlə bağlı münasibətlərin müqavilə əsasında tənzimlənməsi həm vaxt itkisini, həm də əlavə məhkəmə çəkişmələrini aradan qaldıran qanuni mexanizmlərdən biridir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->