Rus tədqiqatçılar xərçəng xəstəliyini müalicə etməyin müxtəlif yollarını axtarırlar. Ötən yazıların birində onkorobitlərin, silikon nanopartikulların yaradılması, "yandırıcı" xərçəng hüceyrələri və eyni zamanda müayinə zamanı çətin aşkarlanan şişləri tanıya bilən yeni bir test sistemi haqqında xəbər vermişdik.
"Qaynarinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu istiqamətdə yeni tədqiqatları Sankt-Peterburqun Onkologiya Tədqiqatları İnstitutu aparıb. Tədqiqatçılar xərçəng xəstəliyinin təkrar yaranma, xərçəng hüceyrələrinin yumurtalarının yenidən əmələ gəlmə səbəbini araşdırıblar. Ortaya çıxan ümumi nəticə belədir: Qadınlar xəstəliyin ən son həddində həkimə müraciət edirlər. Bu zaman da artıq müalicə üçün gec olur. Çox az insan xəstəliyi yarandığı an fərqinə varır. Çünki həqiqətən də xərçəng son ana qədər özünü büruzə vermir. Xəstəlik gizli şəkildə orqanizmdə inkişaf edir.
Yevqeniya İmyanitovanın komandası xəstəliyin təkrarlanma səbəbi və təkrar yaranan şişin çətin müalicə olunmasının səbəbini araşdırıb. Araşdırma zamanı müəyyən olunub ki, yaranmış şiş hüceyrələri məhv edildikdən sonra təqribən 2 ay müddətində yerində yeni şiş əmələ gəlir. Və bu şiş məhv edilmiş şişin hansı üsulla, hansı dərman müalicəsi ilə sağaldıldığını bilir və yaranarkən artıq həmin müalicə üsuluna qarşı immunitetlə yaranır. Nəticədə isə tətbiq olunan müalicəyə cavab reaksiyası almaq mümkün olmur.
Bu onkoloqlar üçün şok yenilik olub. Çünki bu günə qədər onların qarşısında sadə məntiq dururdu: Şişi müəyyənləşdirmək, cərrahi yolla götürmək və qalmış hüceyrələri dondurmaq, beləliklə də xəstəliyi müalicə etmək. İndi isə müəyyən olunub ki, şiş özlüyündə bütöv bir orqanizm saxlayır. Daha doğrusu, xəstəlik özünü bizim zənn etdiyimizdən daha yaxşı idarə edə bilir.
Nəticə etibarı ilə xərçəng şişləri 2 cür olur: 1-ci tip müalicəyə davam gətirə bilmir və məhv olur. Ancaq sürətli böyüyür, şişin kütləsi böyük olur. 2-ci tip əvvəlcədən özündə müalicəyə qarşı davamlılıq yaradır.
Hazırda əsas problem təkamül prosesinin müəyyən olunmasında yox, mövcud hüceyrələrin hansı üsulla məhv edilməsi prosesini müəyyənləşdirməkdir. Komanda hazırda yeni müalicə üsulları və əməliyyatdan sonra xəstəliyin təkrar olunmasının qarşısını almaq üçün çalışır.
Onu da qeyd edək ki, rus alimləri hələ uzun müddət əvvəl ağ ciyər xərçəngi, süd vəzi və prostat xərçənginəin yaranmasına qarşı cəfəri bitkisinin tərkibində maddə aşkar etdiklərini bildirmişdilər.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər