İnsan sağlamlığı üçün ən təhlükəli pəhriz keto pəhrizidir.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı rosbalt.ru yayıb.
Alimlər bildirir ki, həmin dieta növü insanlara karbohidratları azaltmaq və yağları artırmaqla pəhrizini kəskin şəkildə dəyişdirməyi təklif edir, - U.S. News xəbər saytı həkimlərin və elm adamlarının nəticələrinə istinadən yazır.
Həkimlərin sözlərinə görə, keto pəhrizin köməyi ilə çəki azaltmaq mümkündür, lakin ona uzun müddət əməl etmək mümkün deyil, çünki bu, xərçəng və diabet də daxil olmaqla müxtəlif xəstəliklərin inkişafına səbəb olur.
Belə bir pəhrizdən sonra insanlarda bədən ağrıları, şübhəcillik və təcavüz müşahidə edilir. Alimlər bu halda gücün azalması və idrak qabiliyyətinin zəifləməsinin də nəzərə çarpdığını bildirib.
Alpər
Şərhlər