Sağlamlıq 11:37 10.03.2020

Alimlər koronavirusa yoluxdurmaq üçün könüllü axtarır - Pul qarşılığında

İngiltərədə alimlər koronavirus infeksiyasının yeni ştammına qarşı peyvənd hazırlamaq üçün könüllülərə koronavirus yoluxdurmaq qarşılığında pul təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail” məlumat yayıb.

Peyvənd axtarışıyla Londonun şərqindəki Whitechapel-də Kraliça Mary BioEnterprises İnnovasiya Mərkəzi laboratoriyasına sahib olan Hvivo kompaniyası məşğul olur.

Tədqiqatçılar 24 könüllüyə hər birinə 4.5 min dollar təklif ediblər. Onlara 0C43 və 229E virusunun daha az təhlükəli stammları vutulacaq, sonra 14 gün karantində olacaqlar.

Bu dövrdə elm adamları xəstələri müşahidə altında saxlayacaqlar. Covid-2019 yoluxdurulmuş bu şəxslərə sınaqdan çıxarılmış ən təsirli peyvənd və dərmanlar tətbiq ediləcək.

Xatırladaqq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Vuhanda sətəlcəm xəstəliyinin yayıldığını rəsmən elan edib. Xəstəliyin törədicisi Covid-19 adı verilən yeni növ koronavirusdur.

Alpər