Özlərini və tərəfdaşlarını romantik mənada bərabər dərəcədə cazibədar hesab edən insanlar adətən daha xoşbəxt və sabit münasibətlər barədə məlumat verirlər.
Qaynarinfo xəbər verir ki, beynəlxalq bir alim qrupu belə nəticəyə gəlib. Araşdırma "Evolutionary Psychological Science" (EPS) jurnalında dərc olunub.
Evolyusiya psixologiyasında bu xüsusiyyət "tərəfdaş dəyəri” adlanır — potensial tərəfdaş kimi bir insanın ümumi cazibədarlığını ölçən bir anlayış, hansı ki, xarici görünüş, sağlamlıq, yumor hissi və digər keyfiyyətləri əhatə edir. Əvvəllər məlum idi ki, tərəfdaşın yüksək qiymətləndirilməsi münasibətlərdən məmnuniyyətlə bağlıdır, lakin tərəfdaş dəyərlərindəki fərqlərin təsiri hələ də aydın deyildi.
İki tədqiqatda alimlər ABŞ-da 454 tələbə və İsraildə 1764 yetkin şəxsi sorğu ediblər. İştirakçılar öz cazibədarlığını və tərəfdaşlarının cazibədarlığını xüsusi anket vasitəsilə qiymətləndiriblər, həmçinin münasibətlərdən məmnuniyyət, münasibətlərə bağlılıq, əlaqəni qorumağa hazır olma və mümkün alternativlər barədə təsəvvürlərini ölçən sualları cavablandırıblar.
Analiz aydın meyli göstərib: hər iki tərəfdaş cazibədar hesab edilən cütlüklər münasibətlərdən ən yüksək məmnuniyyət və bağlılığı nümayiş etdiriblər.
Müəlliflər qeyd ediblər ki, öz cazibədarlığı barədə təsəvvür yaş, təcrübə və mədəni kontekstdən asılı olaraq dəyişir və məhz bu faktorlar ehtimal ki, tərəfdaş dəyərindəki fərqin narahatlıq mənbəyi olub-olmamasını və ya əksinə, əlaqəni gücləndirəcəyini müəyyən edir.
Aydın
Şərhlər