Dünya 15:15 20.02.2020

Alimlər "zərərli" kartofun faydalarından danışdılar

Pensilvaniya Universitetinin amerikalı alimləri bədən formasının pozulmasında zərərli məhsul sayılan kartofun insan sağlamlığının yaxşılaşdırılmasına köməkçi olduğunu aşkar edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Medical News Bulletin” nəşri məlumat verib.

Məlumatda mütəxəssislərin apardığı bir araşdırmadan söhbət açılır. Təcrübə üçün könüllülər iki qrupa ayrılıb, onlardan birincisi dörd həftə boyunca buğda, o cümlədən düyü qarnirləri ilə, digəri isə buxarda və ya odda bişmiş kartofla qidalanıb. 

Təcrübədən sonra alimlər plazma qlükoza, xolesterol, serum insulin və qan təzyiqi də daxil olmaqla subyektlərdə kardiometabolik risk markerlərini ölçdülər. Məlum olub ki, kartof yeyənlər taxıldan hazırlanan qarnirlər yeyən qrupdan daha yaxşı göstəricilərə sahibdirlər.

Eyni zamanda, mütəxəssislər, yalnız müvafiq kontrendikasyonları olmayan insanların kartof yeyə biləcəyini qeyd edib.
 
Alpər