Dünya 16:32 06.02.2018

Alimlərdən qiyamət günü ssenarisi

Dünyanın maqnit qütblərinin yerlərini dəyişmək ehtimalının olduğunu bildirən alimlər həyəcan təbili çalırlar.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, maqnit qütblərindəki proseslər biosferi kosmik və Günəş radiasiyası kimi təhlükəli təsirlərdən qoruyan maqnit sahəsinin zəifləməsi deməkdir. Bu proses maqnit sahəsinin 10 qat daha sürətlə zəifləməsinə səbəb olur. Xüsusilə Cənubi Atlantik bölgəsində aktiv olan hadisə yerin daxili qatlarındakı proseslərə də ciddi təsir göstərir. 

Maqnit sahəsinin incəlməsinin Dünya üçün nə ilə nəticələnəcəyi barədə hələlik dəqiqləşdirilmiş məlumat yoxdur. 

Kolorado Universitetindən Daniel Beykə iddianın təsdiqinin planetin bəzi hissələrini həyat üçün yararsız edəcəyini bildirib. Yerdə elektrik şəbəkələrin və peyklərin işləməsinə mane olacaq radiasiya partlayışları meydana gələ bilər. 

Qeyd edək ki, maqnit qütblərində yerdəyişmə prosesi 1000 ilə qədər davam edə bilir. Tarixdə cənub və şimal maqnit qütbləri 200 min-300 min ildə bir yer dəyişdirib. Son dəyişiklik təxminən 780 min il əvvəl reallaşıb.

Gülşən