Keçən il Kanadanın Alberta vilayətində rekord istilik qeydə alınmışdı. Kəskin isti hava və quraqlıqlar Hindistanı bürüyərək, su qıtlığı böhranı yaradıb.
ABŞ-ın Milli Okean və Atmosfer İdarəsinin 2016-cı il Dövlət İqlim hesabatında bildirilir ki, keçən il planetdə indiyədək qeydə alınan ən yüksək temperatur olub. Hesabatın müəlliflərindən biri Dek Arndt "Amerikanın səsi"nə danışıb:
“Bu, bildiklərimizi bir daha təsdiq edir. Biz istiləşən planetdə yaşadığımızı bilirik. Bu prosesin davam edəcəyini, istiləşmənin dünyanın hər bir yerində problemlərə səbəb olacağını bilirik".
Hesabatda deyilir ki, güclü El Nino hava axını temperaturun, quraqlıqların və ağır yağışların kəskin artmasına səbəb olub.
Hər il dəyişməkdə olan hava temperaturu planeti istilədən qazların həcminin artması ilə bağlı narahatlıqların mövcud olduğu bir zamanda baş verir. Həmin qazlar hal-hazırda planetimizdə ən azı 800,000 il ərzində müşahidə edilməyən səviyyədədir.
Yerin iqliminin illik yoxlanışı 62 il ölkədən təxminən 500 alimin iştirakı ilə həyata keçirilib.
Arndt deyir ki, həmin alimlərin planetin istiləşməsi ilə bağlı şübhələri yoxdur: “Biz, təbii ki, istiləşmənin artım nisbəti, istiləşmənin səbəbləri haqqında danışa bilərik. Amma bir şey dəqiqdir ki, istiləşmə səbəblərinin böyük əksəriyyəti insanların fəaliyyəti ilə bağlıdır".
Hesabatda qeyd olunan bu fakt Tramp administrasiyasını çətin vəziyyətə qoyur. ABŞ Ətraf Mühit Mühafizəsi İdarəsinin rəhbəri Skot Pruit istiləşmədə insanların rolunun olduğunu sual edir: “Mən inanıram ki, insan fəaliyyətinin iqlimə təsirini dəqiqliklə ölçülməsi üsulları mübahisələrə açıq mövzudur".
Bu baxışlar və ABŞ-ın Paris İqlim Sazişindən çıxması Tramp administrasiyasının iqlim araşdırma proqramlarının dayandıracağı ilə bağlı alimlərin narahatlığına səbəb olub.
Bu alimlər 13 dövlət idarəsinin verdiyi məlumatlar əsasında hazırladıqları hesabatı "New York Times" qəzetinə təqdim ediblər. Hesabatda iqlim dəyişikliyinə insanların səbəb olduğu fikrinə alternativ izahat yoxdur.
Ağ Ev mətbuat katibi Sara Sanders deyib ki, “bu hesabatın Ağ Evlə dəqiqləşdirilmədən "New York Times" qəzetində dərc edilməsi məyusedici, eyni zamanda gözlənilən idi".
Lakin sözçü kəskin hava vəziyyətinin artmağa davam edəcəyini bildirən hesabatın mahiyyəti ilə bağlı heç bir şərh verməyib.
Tramp administrasiyası rəsmilərinin hesabatı gələn cümə gününə qədər gözdən keçirəcəkləri ehtimal edilir.
Qaynarinfo.Az
Şərhlər