Almaniyanın Kil şəhərindəki Hərbi Dəniz Qüvvələrinin bazasında Çin vətəndaşı saxlanılıb. Hüquq-mühafizə orqanları onu casusluqda şübhəli hesab edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi polisə istinadən məlumat
yayıb.
9 dekabrda Hərbi Dəniz Qüvvələri bazasında kamerayla saxlanılan kişinin hərbi obyektlərin fotoşəklini çəkdiyi iddia olunur.
Şlezviq-Holşteyn Cinayət İstintaq Departamentinin sözçüsü Karola Yeşke bildirib ki, hüquq-mühafizə orqanları Çin vətəndaşı ilə bağlı araşdırma aparır.
"Biz dəniz limanı ərazisində olan Çin vətəndaşı ilə bağlı istintaq başladmışıq”, – deyə o qeyd edib.
Agentliyin məlumatına görə, istintaq Çindən gələn təhlükəsizlik təhdidinə diqqətin artdığı dövrdə baş verir. Asiyanın inkişaf etmiş ölkələrindən olan Çinin avtomobil sənayesi, Almaniya iqtisadiyyatının əsas dayağı ilə getdikcə daha ciddi rəqabətə girir.
Bundan əlavə, Pekin Qərbin Moskvaya qarşı təcrid siyasətinə baxmayaraq, Kremlin işbirliyini davam etdirir.
Baltik dənizinin sahilində yerləşən Kil şəhəri Almaniya Hərbi Dəniz Qüvvələrinin üç flotiliyalarından birinə ev sahibliyi edir. Burada həmçinin "ThyssenKrupp" şirkətinin sualtı qayıqlar inşa etdiyi quru dok yerləşir.
Xatırladaq ki, may ayında Britaniya rəsmiləri Çini silahlı qüvvələrin hərbi qulluqçularına aid şəxsi məlumatları oğurlamaqda günahlandırmışdı. Bundan əvvəl isə London çinli hakerləri siyasətçilərə və seçki komissiyasına qarşı kiber hücumlarda ittiham etmişdi.
Xatırladaq ki, son vaxtlar Litva, akkreditasiya almayan Çin diplomatik nümayəndəliyinin üç əməkdaşını arzuolunmaz şəxs elan edib və Pekinə diplomatik nota verib.
Alpər
Şərhlər