Xəbər lenti

Almaniya “Telegram”ı hədələdi - 55 milyon avroluq cəza
Dünya 22:01 12.06.2021

Almaniya “Telegram”ı hədələdi - 55 milyon avroluq cəza

Almaniya Ədliyyə nazirliyi "Telegram” sosial şəbəkə platformasını 55 milyon avroluq böyük bir cərimə ilə hədələyib.

Bu barədə "Der Spiegel” jurnalı məlumat yayıb.

Məqalənin adı "Milyarder Pavel Durov və onun qaranlıq imperiyası” adlanır.

Gələn informasiyaya əsasən almanlar "Telegram” rəhbərliyindən platformanın hüquq-mühafizə orqanları üçün daha açıq olmasını, buradan kriminal məzmunlu informasiyaların yığışdırılmasını, habelə istifadəçilərlə bağlı məlumatların güc strukturlarına verilməsini tələb ediblər.

Federal ədliyyə nazirliyi artıq bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə iki rəsmi məktub göndərib. Yazılar rəsmi surətdə Almaniyanın BƏƏ-dəki səfirliyi vasitəsilə təqdim olunub.

Xatırladaq ki, bundan öncə Moskva şəhərinin Taqansk rayon məhkəməsi "Telegram” şirkətini 10 milyon rubl məbləğində cərimələmişdi.  /Musavat.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->