İdman 16:40 30.08.2020

Almaniyada "İlin futbolçusu" açıqlandı

Almaniyada "İlin futbolçu"su müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, "Kicker" nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında apardığı sorğunun qalibi "Bavariya"nın və Polşa millisinin hücumçusu Robert Levandovski olub. Forvard 276 xal toplayıb.

Levandovskini "Bavariya"dakı komanda yoldaşı Tomas Müller izləyib - 54 xal. Üçüncü yeri Münhen təmsilçisinin digər bir ulduzu Coşua Kimmix tutub - 49 xal.

Qeyd edək ki, Levandovski 2019/20 mövsümündə "Bavariya"nın heyətində meydana çıxdığı 47 rəsmi oyunda 55 qol vurub və 10 məhsuldar ötürmə edib. Polşalı forvard Bundesliqanın (34 qol), Almaniya Kubokunun (6 qol) və Çempionlar Liqasının (15 qol) bombardiri olub. Levandovskinin komandası hər 3 turnirin qalibi adını qazanıb.