Xəbər lenti

Ekonomiks 18:00 04.03.2020

Almanlar 62,7 milyard saat çalışaraq rekord qırdı

Məşğulluq Bazarı və Peşə Araşdırmaları İnstitutunun araşdırmasına görə, almanlar ötən il ümumilikdə 62,7 milyard saat çalışaraq 1991-ci ildən bəri ən yüksək göstəriciyə imza atıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, iş saatının artmasına səbəb kimi ölkədə məşğulluq sayının 2018-ci illə müqayisədə 0,9 faiz artması göstərilir. Belə ki, ötən il Almaniyada işləyən əhali sayı 45,3 milyona çatıb.

Araşdırmaların nəticələrinə görə, ölkədə tam ştat çalışanlar ötən il 1642, yarımştat çalışanlar isə 771 saat çalışıblar.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->