Dünya 10:47 15.01.2022

Almatıda saxlanılanların sayı 2,4 min nəfərə çatdı

Almatıdakı komendaturanın operativ qərargahı bildirir ki, şəhərdə daha 243 nəfər saxlanılıb.
 
Qaynarinfo xəbər verir ki, onlar iğtişaşlarda iştirakda şübhəli bilinirlər.

Almatıda ümumilikdə 2402 nəfər saxlanılıb. Onlar talançılıq, qanunsuz hərəkətlərdə iştirak və digər cinayətlərdə ittiham olunurlar.

79 silah və 3976 sursatın müsadirə edildiyi bildirilir. Şəhərdə terror təhlükəsinin qırmızı səviyyəsi qorunur, hakimiyyət komendant saatını ləğv etmir.
 
Alpər