Sənət 14:38 16.01.2015

AloKitab - Ölkənin hər yerinə çatdırılma!

AloKitab (www.alokitab.az) - yalnız online kitab satışı sistemi deyildir. O, həm də bir xidmət sahəsidir. Kitaba və oxucuya xidmət...

Xidmət səviyyəmizi daha da artırmaq üçün artıq saytın öz Çatdırılma (kargo) sistemini qurduq. Bu, bizə alıcıların istəklərinə uyğun daha operativ və keyfiyyətli xidmət göstərməyə imkan verəcək.

Artıq kitablar alıcıya heç bir vasitəçi şirkətin vasitəsi ilə deyil, öz daxili kuryerlərimizlə birbaşa çatdırılacaq.

Bu şərtlər Bakı, Sumqayıt və Abşerondan olan alıcılar üçün keçərlidir.

Azərbaycanın bütün digər rayonlarına və Naxçıvan Muxtar Respublikasına isə çatdırılma AzərPoçt vasitəsi ilə həyata keçiriləcək.

ÇATDIRILMA ŞƏRTLƏRİ:

1. "Alo Kitab"Azərbaycanın istənilən nöqtəsinə kitab çatdırma xidməti təklif edir.

2. Bakı, Abşeron və Sumqayıta çatdırmanın forması (kuryer vasitəsi ilə):

- 24 saat ərzində 3 man;
- 72 saat ərzində 2 man;

3. BÖLGƏLƏRƏ və Naxçıvan Muxtar Respublikasına çatdırma poçt vasitəsi ilə edilir. Çatdırmanın dəyəri hər kitaba görə 2 manatdır. 30 manatdan yuxarı sifarişlər üçün isə çatdırmanın dəyəri hər kitaba görə 1 manat olacaq. Detalları dəqiqləşdirmək üçün Müştəri Xidmətimizlə əlaqə saxlayın (Tel: 055 207 82 08)
4. Sual və təkliflərinizi saytın əlaqə bölməsindən və ya "Facebook" səhifəmizdən (www.facebook.com/alokitab1) verə bilərsiniz.


Hörmətlə,
"Alokitab.az" saytının rəhbərliyi