Texnologiya 09:53 29.10.2019

“Amazon” Pentaqonun 10 milyardı “Microsoft”a verməsini həzm etmədi

Amerikan korporasiya nəhəngi "Amazon” ABŞ Müdafiə Nazirliyinin bulud texnologiyalarının inkişafı üçün "Microsoft”la 10 milyard dollarlıq müqavilə bağlaması qərarına etiraz edəcək.

Qaynarinfo "Röyter"ə istinadla xəbər verir ki, bunun gələn həftə həyata keçiriləcəyi gözlənilir.

Agentliyin görüşdüyü analitiklərin fikrincə, "Amazon”un qarşısında qərarı ləğv etdirməyin iki yolu var. İT nəhəngi ABŞ Hesablama Məhkəməsinə və ya ABŞ Federal İddialar Məhkəməsinə şikayət edə bilər.

Hüquqşünasların fikrincə, şirkətin Pentaqonun qərarına üç təqvim günü ərzində etiraz etmək haqqı var. Bu vəziyyətdə agentlik müqavilənin məhz nə üçün "Microsoft”la bağlandığını izah etməli olacaq. Bundan sonra şirkətin Hesablama Palatasına müraciət etmək üçün daha beş günü var.

Xatırladaq ki, Amerikanın "Microsoft”şirkəti ABŞ Müdafiə Nazirliyi ilə 10 milyard dollarlıq müqavilə imzalayıb. 

Şirkətin proqramçıları bunun müqabilində məlumatların saxlanılması üçün buludlu infrastruktur yaratmalı olacaqlar. Amerikanın Amazon korporasiyası da bu tenderdə iştirak edib, alkin agentlik "Microsoft”la müqavilə imzalayıb.