AMEA-da kadr və struktur dəyişikliyi baş verib

AMEA-da kadr və struktur dəyişikliyi baş verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi institutlarında kadr və struktur dəyişikliyi aparılıb.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, Akademiyanın Rəyasət Heyətinin iclasında Zoologiya İnstitutunun strukturunda qismən dəyişiklik olunması haqda qərar qəbul edilib.

Rəyasət Heyətinin digər qərarına əsasən, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva Memarlıq və İncəsənət İnstitutunun direktor müavini vəzifəsindən azad olunub. Müvafiq qərarla sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini və sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Kərimli Memarlıq və İncəsənət İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

İclasda filologiya üzrə elmlər doktoru Lalə Əhmədovanın AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Samirə Qaramollayevanın AMEA-nın Hüquq və İnsan Haqları  İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini və fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənovanın AMEA-nın Fəlsəfə İnstitutunun elmi katibi vəzifələrinə təyin edilmələri barədə qərar verilib.

İclasda AMEA-nın İctimai Elmlər Bölməsi Bürosunun yeni tərkibi və Qafqazşünaslıq İnstitutunun yeni elmi şurasının tərkibi təsdiqlənib.

Qaynarinfo.Az
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR