Xəbər lenti

AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
Ölkə 20:27 15.06.2025

AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi

Elmlər Akademiyasının professoru və şöbə müdiri bir-birini xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Professorun şikayəti təmin edilməsə də şöbə müdirinin şikayəti qismən təmin edilib.

Musavat.com xəbər verir ki, əvvəlcə işdən çıxarılan professor Aydın Əlizadə Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyevadan şikayət edib.

Professor Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, professor adını saxtakarlıqla aldığını deyərək təhqir etdiyini iddia edib.

Səbail Rayon Məhkəməsi professorun şikayətini əsaslı hesab etməyib. Bundan sonra qarşı tərəf xüsusi ittihamçı kimi eyni məhkəməyə müraciət edib.

Xatirə Quliyeva professoru işdən çıxarmasının səbəbi kimi qeyd edib ki, Aydın Əlizadə yazdığı "Multikulturalizmin Qədim Dünyada Təzahürləri: Qədim Urartu və İran” adlı məqaləsində erməni mövqeyindən çıxış edib.

Şöbə müdiri iddia edib ki, həmin məqalə dövlətçilik əleyhinə olduğu üçün Aydın Əlizadəni işdən çıxarıb. Məhz bundan sonra A.Əlizadə onun haqda nüfuzdan salmağa yönələn sözlər işlədib, feysbuk səhifəsində status paylaşıb.

Aydın Əlizadə feysbuk səhifəsindəki çıxışlarında Xatirə Quliyeva haqqında "dövlət əleyhinə fəaliyyət göstərən”, "diasporlara işləyən”, "erməni maraqlarına xidmət edən”, "Xatirə Quliyeva saxtakarlıqla professor adını alıb”, "Bu qadın təmiz alim deyil”, "şərəf və ləyaqət baxımından alçaldılıb”, "AMEA daxilində dağıdıcı fəaliyyət göstərən qadın”, "AAK tərəfindən qanunsuz professor adı alıb” kimi fikirlər səsləndirib.

Buna görə də Xatirə Quliyeva məhkəməyə üz tutaraq Aydın Əlizadənin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Ona böhtan atdığını, şərəf və ləyaqətini alçatdığını bildirib.

Məhkəmə Aydın Əlizadəni Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilib. Buna görə də onu 1200 manat cərimə edib. Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə isə təqsirli bilinməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->