Ölkə 12:16 23.09.2020

AMEA-nın saytının baş redaktoru işdən çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (www.science.gov.az) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.