Ekonomiks 11:28 04.08.2013

Amerikalı biznesmenlər Azərbaycana çağırılıb


Payızda Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

Bu ilin payızında Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, AZPROMO bu tədbiri ABŞ-da ixracın təşviqi ilə bağlı təşkilatlardan biri ilə birgə reallaşdıracaq.

Biznes forum 10-12 sahə, xüsusilə kənd təsərrüfatı, qida sənayesi, yüngül sənaye, bərpa olunan enerji, turizm və digər sahələri əhatə edəcək.

R.Məmmədov vurğulayıb ki, AZPROMO Azərbaycandan ABŞ-a qeyri-neft məhsullarının ixracatını artırmaq niyyətindədir. Elə bu məqsədlə ABŞ iş adamları Azərbaycana dəvət olunub.

Qaynar.info