Siyasət 14:24 14.06.2013

Amerikalı ekspert: “Münaqişə transmilli təhlükəsizliyə təhdiddir”

“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması transmilli təhlükəsizliyə qorxu törədir”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Hadson (Hudson) İnstitutunun hərbi-siyasi təhlil mərkəzinin direktoru Riçard Uayts (Richard Weitz) deyib. O bildirib ki, Avrasiyanın mərkəzindəki Qarabağ, Abxaziya, Dnestryanı kimi problemlər təhlükə mənbəyidir. Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsi Stalinin siyasəti nəticəsində ortaya çıxıb: “SSRİ-nin dağılması bir çox keçmiş sovet respublikasında böyük qarışıqlıqlara səbəb oldu. Etnik qrupların məskunlaşdığı yerlər heç də həmişə real sərhədlərə uyğun gəlmir. Bu problem təkcə bu regionda yox, hər yerdə mövcuddur”.

Qaynar.info