Ekonomiks 12:00 04.08.2013

Amerikalı əsgərlər "Palsüd" içəcək


Palmali Şirkətlər Qrupuna daxil olan "Palsüd”ün məhsulları yaxın vaxtlarda xarici bazarlara ixrac olunacaq. Palmali Holdinq qida qrupunun idarə heyətinin üzvü Adnan Eremin sözlərinə görə, "Palsüd” məhsullarının öncə qonşu ölkələrə, daha sonra isə digər bazarlara çıxarılması planlaşdırılır.

" Azərbaycanın ən çox üstünlük verilən qida markası "Palsüd” və Palmali Holdinq qida sahəsində böyüməyə və investisiya qoymağa davam edir. Hazırda Amerika ordusu ilə bağlı bir layihə üzərində işləyirik. Bu layihə də başa çatmaq üzrədir. Bir neçə milyonluq, əhəmiyyətli bir iş olacaq. Amma daha önəmlisi "Palsüd”ün keyfiyyətinin Amerika standartlarına yüksəldiyinin bir göstəricisidir", - deyə o vurğulayıb.

ANS PRESS