Amerikalılar koronavirusun yayılması fonunda kütləvi şəkildə bunkerlər qurmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə yaşamaq və özünümüdafiə vasitələri bazarının nümayəndələri məlumat veriblər.
Rising S Şirkətinin qurucusu Clyde Scott koronavirusla əlaqəli vəziyyətin pisləşməsindən sonra insanların sığınacaq yerləri haqqında daha çox düşünməyə başladığını deyib. O, insanların hazırkı bunker marağını misli görünməmiş adlandırıb:
"Əvvəllər tibbi səbəblərə görə sığınacaq satışlarında bu cür artım görməmişik. Adətən bizim satışımız azadlıqların pozulması, yaxud vətəndaş qarşıdurmaları və sosial iğtişaşlara səbəb ola biləcək siyasi hərəkətlərdən asılı olur".
"Rising S Company”nin quraşdırdığı ən ucuz bir otaqlı bunker 39,5 min dollara başa gəlir. Sauna, bitki otağı, hovuz, bilyard otağı və bir neçə avtomobil üçün qarajı olan ən böyük bunker alıcıya 8 milyon dollara başa gələcək.
Devis qeyd edib ki, bunker tikmək ailə təhlükəsizliyini təmin etmək üçün zəruri bir tədbirdir və getdikcə daha çox amerikalı bunu dərk edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər