Siyasət 14:10 05.09.2013

AMİP-də nə baş verir? -AÇIQLAMA

Arzuxan Əlizadə: “Bu, partiyada namizəd ola biləcək şəxslərin fərdi qərarlarına bağlıdır”.
“AMİP-də seçkilərlə bağlı fikir ayrılığı yoxdur. Partiyanın seçkilərdə namizədlə iştirak etməməsi ilə bağlı qərarı Siyasi Şurada yekdilliklə qəbul olunub. Mərkəzi Şurada da bununla bağlı mövqe bildiriləcək”.
Bunu Qaynar.info-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə deyib. O bildirib ki, AMİP-in verdiyi qərar boykot deyil: “Sadəcə olaraq, partiya seçkilərdə öz namizədi ilə iştirak etməyəcək. Amma birmənalı olaraq partiya seçkilərə qatılacaq. Hansı formada, formatda iştirak etməsi ilə bağlı yaxın günlərdə bununla bağlı qərar veriləcək”.
A.Əlizadə qeyd edib ki, AMİP-in verdiyi qərar yaranmış vəziyyətlə əlaqədardır: “Biz çox istəyərdik ki, partiya seçkilərə öz namizədi ilə qatılsın. AMİP 2008-ci il istisna olmaqla, bütün seçkilərdə iştirak edib. Görünür, partiyanın seçkilərə namizədlə qatılmaması yaranmış vəziyyətlə əlaqədardır. Bu, həm də, partiyada namizəd ola biləcək şəxslərin fərdi qərarlarına bağlıdır”.
İlkin
Qaynar.info