AMİP-in prezident seçkilərində iştirakı haqqında qərar partiyanın Mərkəzi Şurası tərəfindən veriləcək.
Bu barədə APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə məlumat verib.
Partiya sədri bildirib ki, AMİP əsasnaməsinə uyğun olaraq, bütün seçkilərdə iştirak edir və bu il keçiriləcək prezident seçkilərində də iştirak nəzərdə tutulub. Onun sözlərinə görə, partiyanın prezident seçkilərində iştirakı haqqında qərarı Mərkəzi Şura verəcək: “AMİP-in 3 qərarverici təşkilatı var - Siyasi Şura, Mərkəzi Şura və qurultay. Mərkəzi Şuranın da seçkilərdə iştirak haqqında qərar vermək səlahiyyəti var. Qurultay isə daha geniş bir institutdur, onun keçirilməsi üçün vaxt lazımdır, yer ayrılmalıdır. Ona görə qərar vermişik ki, bu yaxınlarda Mərkəzi Şuranın iclasını çağırıb, seçkilərdə namizədimizi müəyyənləşdirək”.
Y. Bağırzadə qeyd edib ki, AMİP-in Nizamnaməsində hakimiyyətə gəlməyin yolu yalnız seçkilərdən keçir, ona görə də AMİP birmənalı şəkildə bu il keçiriləcək prezident seçkilərində öz namizədi ilə iştirak edəcək.
Qaynar.info
Şərhlər