"Amnesty İnternational” hüquq müdafiə təşkilatının Ukrayna ordusu tərəfindən müharibə qanunlarını pozması ilə bağlı hesabatı üçün onlar digər şeylərlə yanaşı, Ukraynanın işğal olunmuş ərazilərində həbsxanalara və ya "filtrasiya düşərgələrinə” düşmüş insanların ifadələrindən istifadə ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Strateji Mommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat
yayıb.
Strateji Mommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinə məlum olub ki, sübutların toplanması prosesinə Nikolayev, Xarkov, Donetsk və Luqansk vilayətləri ərazisində müstəqil jurnalistlər və könüllülər cəlb edilib.
Eyni zamanda, hesabat üçün materialların əksəriyyəti Ukraynanın müvəqqəti nəzarət olunmayan ərazilərinə - Donetsk və Luqansk vilayətlərinin ərazisinə və ya Krıma təxliyə edilən insanlar arasında sorğu zamanı əldə edilib.
Xüsusilə, filtrasiya düşərgələrinin və həbsxanaların ərazisində material toplanıb, sorğu isə bu cür məlumat vermək "istəyən”lər arasında keçirilib.
Strateji Mommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi bəyan edib ki, bu yolla əldə edilən məlumat "Amnesty İnternational” tərəfindən istifadə edilməməli idi, çünki onu Rusiya nümayəndələrinin təzyiqi altında olan insanlar veriblər.
Bəzən belə "düzgün” müsahibə filtrdən keçmək və işğal olunmuş əraziləri tərk etmək üçün yeganə şans idi.
Bundan əlavə, jurnalistlər və bu işə cəlb edilmiş könüllülər tərəfindən toplanmış materiallar müəssisə administrasiyaları və bəzi hallarda Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən də yoxlanılıb.
"Amnesty International” hesabatı avqustun 4-də dərc olunub. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri humanitar qanunları və müharibə qanunlarını pozaraq, yaşayış məntəqələrində, o cümlədən məktəblərdə və xəstəxanalarda bazalar yaradır. Təşkilat qeyd edib ki, bu təcrübə "heç bir halda ayrı-seçkilik etmədən Rusiyanın hücumlarına haqq qazandırmır”.
Ukraynada bu hesabat siyasətçilərin, hüquq müdafiəçilərinin və jurnalistlərin qəzəbinə səbəb olub. Prezident Volodimir Zelenski təşkilatı "əxlaqsız seçicilik”də ittiham edib. "Amnesty International”ın Ukrayna ofisi hesabatın hazırlanmasında iştirak etmədiyini bildirib. Ofisin rəhbəri Oksana Pokalçuk hesabatın açıqlanmasından sonra istefa verib və "Amnesty International” rəhbərliyi ilə "dəyərlərdə fikir ayrılığına düşdüyünü” deyib.
Avqustun 7-də təşkilat hesabatda verilən məlumatı geri götürmədiyini, lakin "yaratdığı ağrıdan" təəssüfləndiyini bildirib.
Nizami Bağırov
Şərhlər