Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com-un aldığı məlumata görə, məhkəmə prosesində prokuror Anar Məmmədliyə 9 il, Bəşir Süleymanlıya 8 il 6 ay, Elnur Məmmədova isə 8 il 6 ay həbs cəzası istəyib. Bununla yanaşı, dövlət ittihamçısı Anar Məmmədlinin 3, Bəşir Süleymanlının 2 və Elnur Məmmədovun 2 il vəzifə tutmaq hüququndan məhrum edilməsini də məhkəmədən tələb edib.
Xatırladaq ki, Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü, Elnur Məmmədovun isə eyni maddələr və əlavə olaraq da 179-cu maddənin 3 bəndi üzrə, ümumilikdə 8 maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
"Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” elan edib.
Qaynar.info
Şərhlər