Video 12:41 19.02.2019

Anar Nəbiyev yeni mahnısını təqdim etdi (VİDEO)

"Xalq ulduzu" yarışmasının qalibi Anar Nəbiyev yeni mahnısını təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ifaçının mətbuat katibi Təbriz Məhərrəmoğlu məlumat verib.

T.Məhərrəmoğlu bildirib ki, Anar Nəbiyev repertuarında yenilik edib: "Xeyli müddət idi ki, yeni mahnı üzərində çalışırdıq. Bəstə artıq hazırdır. Mahnı "Narın Yağış” adlanır. Bəstənin musiqisi Səbinə Urfan, sözləri Ayşən Rəhim, aranjemanı Vəfa Abrishaminindir. İnanırıq ki, bu mahnıda Anara uğur gətirəcək. Bəstə dinləyicilər tərəfindən sevilib, bəyəniləcək”.

Qeyd edək ki, "Narın Yağış” mahnısına tezliklə klipdə çəkdiriləcək.