Xəbər lenti

Maqazin 12:59 26.10.2018

"Ancelina Coli CİA agentidir"

Hollivud ulduzu Ancelina Coli CİA (ABŞ Mərkəzi Xəbəralma Təşkilatı) agentidir.

Qaynarinfo xarici KİV-ə istinadə xəbər verir ki, bunu Venesuela parlamentinin sədri Diosdado Kabello televiziya proqramlarının birində Colinin Perudakı venesuelalı qaçqınları ziyarət etməsi məsələsini şərh edərkən deyib.

"Onlar imperializmin, CİA-nın, Pentaqonun və fəaliyyət göstərmək üçün imperializmə ehtiyac duyulan bütün təşkilatların cəsuslarıdır".

Bizi hələ də öz kaloniyaları zənn edirlər. Bu səbəbdən xalqı aldatmaq üçün bir yalançı aktrisanı kamera qarşısına çıxarırlar. Sizi manipulyasiya etmələrinə icazə verməyin. Yaxşı ki, xalq hər şeyin fərqindədir".

O, Ancelinanın Venesuelanın xəritədə harda yerləşdiyini belə bilmədiyini də iddia edib.

Qeyd edək ki, aktrisa Perunun paytaxtı Limaya səfəri zamanı venesuelalı qaçqınların qaldığı düşərgələrdə olmuş, qaçqın probleminin aradan qaldırıla biləcəyini söyləmişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->