Xəbər lenti

Dünya 11:21 01.05.2022

Ancelina Coli Lvovda bomba sığınacağına qaçmalı oldu (VİDEO)

Hollivud aktrisası və BMT-nin qaçqınlar üzrə səfiri Ancelina Colinin Ukraynanın Lvov şəhərinə səfəri davam edir.

Qaynarinfo Unian-a istinadən xəıbır verir ki, məşhur aktrisanın səfəri zamanı xəbərdarlıq siqnalı işə düşüb. Bu zaman o, izdihamla birlikdə sığınmaq üçün qaçmağa məcbur olub.

Qeyd edək ki, Coli qatar stansiyasında olarkən raket zərbəsi təhlükəsi yaranıb və şəhərdə həyəcan siqnalı verilib. Könüllülər dərhal aktrisaya bomba sığınacağına getməyi təklif ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->