Maqazin 15:48 03.12.2019

Ancelina və Bred Pitin qızı Şeyla kişi adı götürdü, Con oldu...

Hollivud ulduzları Ancelina Coli və Bred Pitin 13 yaşlı qızı Şeyla anasının iczasə ilə adını kişi adı ilə dəyişdirib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Şeylanın adı artıq Condur. Onun bu qərarını ailəsi də dəstəkləyir.

"Şeyla özünü ailənin qardaşlarından biri kimi hiss edir. O, oğlan kimi geyinmək və saçını oğlan kimi düzəltmək istəyir", - deyə aktrisa Ancelina Coli bildirib.

Xarici mətbuatda gedən yazılara görə, iki ildir hormonal dərmanlar qəbul edən Şeyla gələcəkdə cinsiyyətini dəyişməyə hazırlaşır.
 
Camal