Xəbər lenti

“Android”lə işləyən ən təhlükəli smartfonlar açıqlandı
Texnologiya 19:36 14.08.2018

“Android”lə işləyən ən təhlükəli smartfonlar açıqlandı

"LG”, "Asus”, "Essential”, "ZTE”, "Sony” şirkətinin smartfonlarda "Android”lə işləyən tətbiqlərdə kritik boşluqlar aşkar edilib.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, istehsalçıların səhvi ucbatından "Android” sistemi ilə işləyən smartfonlar müxtəlif hücumlara məruz qala bilər.

Bunların arasında ekran görüntüsünün əldə edilməsi, klavişlərə sıxılmanın, aparatda "root” girişin ələ keçirilməsini göstərmək olar.

Boşluqların mövcudluğu "Android” sisteminin açıq olması ilə izah edilir. Nəticədə üçüncü şəxslər kodu, sistemin davranışını dəyişdirə və hətta əməliyat sisteminin ayrı-ayrı versiyalarını hazırlaya bilərlər. Bunun nəticəsində smartfonlara öncədən quraşdırılan daxili proqram təminatı və mobil tətbiqlərdə kritik səhvlər buraxıla bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->