Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın ölkənin siyasi həyatına fəal müdaxiləsi erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. 

Erməni mediası hətta onu sosialist diktatorların xanımların ilə müqayisə edir.

"Sputnik Armenia” yazır ki, Anna Akopyanın adının siyasi proseslərdə hallandırılması Paşinyanın qərarlar verərəkən ona nəzər salması ilə əlaqələndirilir.

Sayt tarixdə belə nümunələrin çox olduğunu yazaraq bəzilərini təqdim edib:

"Yelena Çauşevski. Rumıniya Prezidenti Nikolay Çauşevskinin (1974-1989-cu illərdə ölkəyə rəhbərlik edib) xanımı. O, həm də Baş nazirin müavini, Siyasi Büronun üzvü, Rumıniya Elmlər Akademiyasının rəhbəri və ölkənin ən iri kimya şirkətinin rəhbəri idi.

Yovanka Broz. Yuqoslaviya Prezidenti İosif Broz Titonun (1953-1980-ci illərdə ölkəyə rəhbərlik edib) xanımı. Rəsmi vəzifəsi olmasa da, 11 nazirdən 10-nu qovub. Yovanka Brozun faəliyyəti ölkə onun davranışına həsr olunmuş 59 müşavirə keçirilməsinə səbəb olub. İş o yerə çatmışdı ki, 1974-cü ildə əri Tito "Yoldaş Yovankanın işi”nin araşdırılması üçün xüsusi komissiya yaradıb.

Məlumat üçün deyək ki, Yelena Çauşevski güllələnib, Yovanka Broz isə həyatının 25 ilini ev dustaqlığında keçirib.

Erməni mediasının Anna Akopyanı bu xanımlarla müqayisə etməsi Baş nazirin həyat yoldaşına incə mesaj da sayıla da bilər. Nəzərə almaq lazımdır ki, Rusiyanın media layihəsi olan "Sputnik” agentliyinin rəhbəri erməni əsilli Marqarita Simonyan Paşinyan hakimiyyətinin qatı əleyhdarlarından hesab edilir.
 
YeniSabah.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR