Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 13 qadınla təlim keçib cəbhəyə getmək niyyəti özünü reklamdır.
Qaynarinfo YeniSabah-a istinadən xəbər verir ki, Akopyanın bu addımını tənqid edən Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri, Milli Təhlükəsizlik partiyasının sədri Qarnik İsaqulyan hesab edir ki, indi piar kampaniyasının zamanı deyil.
"Düşünürəm ki, Anna Akopyan cəbhə bölgəsinə getməsə, daha yaxşıdır və cəbhədə dayanan ordu üçün yersiz narahatlıqlar yarada bilər. Bu, düzgün və yerində olan addım deyil. Mühafizəçilər onun təhlükəli bölgəyə girməsini qadağan etməlidir. Sadəcə bu, qadağan olunmalıdır. Mühafizəçilərin vəzifəsi budur. Əgər, bunun əksi olsa, deməli, onlar vəzifələrini plana uyğun olaraq yerinə yetirmir və Anna Akopyan tərəfindən təzyiqlərə məruz qalırlar. Bu halda isə sadəcə xidmət edə bilməzlər".
Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyan kişiləri "vətənin" müdafiəsi sıralarına qoşulmaq üçün hərbi komissarlıqlara getməyə, qadınları isə kişiləri ruhlandırmağa çağırıb. Nikol Paşinyan, həmçinin qadınların da dəstələr yarada, cəbhəyə gedə biləcəyini, istəsələr özlərində güc tapacaqlarını qeyd edib.
Şərhlər