Maqazin 14:20 08.03.2018

ANS-in keçmiş aparıcısı Almaniyada nişanlandı

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş aparıcısı Tünzalə Rafiqqızı Almaniyada nişanlanıb.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin ailə qurduğu şəxs Facebook hesabından məlumat verib.

Bir neçə ay öncə Almaniyaya köçən aparıcı Əli Kaya adlı türk əsilli Almaniya vətəndaşıyla ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, 45 yaşlı Əli Kaya veb-dizaynerdir.