Antarktikada qitəsində buzlaqların ərimə sürəti 280% artıb.
Qaynarinfo-nun məlumatına görə, Kaliforniya və Utrext Universitetləri və NASA tərəfindən həyata keçirilən tədqiqat göstərib ki, 2001-2017-ci illərdə buzlaqların ərimə sürəti kəskin artıb. Əgər 1979-2001-ci illərdə bu rəqəm 48 milyard ton buz idisə, 2001-2017-ci illərdə 134 milyard tona yüksəlib. Ərimə prosesi 1979-2017-ci illərdə dəniz səviyyəsinin 1,5 sm yüksəlməsinə səbəb olub.
Tədqiqatın rəhbəri Erik Riqnot gələcək əsrlərdə dəniz səviyyəsinin daha sürətlə yüksəlməsinin proqnozlaşdırıldığını deyib.
Gülşən
Şərhlər