İdman 13:22 22.10.2021

Antonio Kassano: “Ronaldo tarixin ən yaxşı 5-liyinə belə daxil deyil”

"Bu cür dramlar kifayət qədərdir. Ronaldo tarixin ən yaxşı futbolçusudur? O, ilk 5-likdə belə yoxdur”.

Qaynarinfo xəbər verir ki, bu sözləri İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano "Mançester Yunayted"in futbolçusunu tarixin ən yaxşısı adlandıran Xorxe Mendesin - Kriştiano Ronaldonun agentinin sözlərinə reaksiya verərkən deyib.

BoboTV-nin efirində danışan italiyalı əlavə edib: 

"Mənim üçün Messi, Pele, Maradona, Kruyff və "fenomen" adlandırılan Ronaldo ayrı səviyyələrdədir".
 
Alpər