Xəbər verdiyimiz kimi, əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü qızı ilə küsülüdür.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, Aysel aparıcı Zaur Baxşəliyevə zəng vuraraq anası ilə onu barışdırmasını istəyib.
Zaur aktrisanı "Zaurla Günaydın" verilişinə çağıraraq onları barışdırmaq istəyib. Xanlarova buna etirazını bildirib və barışmayacağını deyib.
Aktrisaya əsəbiləşən Zaur ona efirdə "Allah səni öldürsün" deyərək, etirazını bildirib.
Qeyd edək ki, Aysel ötən ay üstünə su tökülüb yanan aktrisanın nəvəsinin anasıdır. O, qızının yandığından xəbərsiz olduğunu, anasının bunu ondan gizlətdiyini söyləyib.
Şərhlər