Video 11:37 07.11.2019

“Aporia”: Azərbaycandan ilk dəfə dünyaya çıxan yerli film (VİDEO)

Azərbaycandan dünyaya açılan pəncərə olan "Aporia” filminin təqdimat mərasimi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, ssenarisi və ekran işi tanınmış rejissor Rec Rəvana aid olan film ilk dəfə 12 iyulda Türkiyədə təqdim edilərək, böyük uğur qazanıb. 22 noyabrdan etibarən isə film Azərbaycanda "Park cinema” kinoteatrlar şəbəkəsində və Amerikada nümayiş edilməyə başlayacaq. Triller və aksiyon janrında olan və cəsarətli səhnələri ilə diqqət çəkən film hətta dünyaca məşhur "Amazon” platformasında da nümayiş etdiriləcək. Film ilk dəfə olaraq Azərbaycanda həm azərbaycanca, həm türkcə, həm də ingiliscə yayımlanacaq.

Qeyd edək ki, filmi "Sultansoy”, "BDAmerika”, "Canmedia”, "DFGS” şirkətləri istehsal edib.