Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell özünün innovativ "AppLab” inkişaf və inkubasiya proqramının iştirakçıları ilə ölkənin ən uğurlu gənc developerlərindən və startap yaradıcılarından biri olan Toğrul Səmədin görüşünü təşkil edib.
Toğrul Səməd və onun komandası 21 ölkə üzrə "Appstore”nin "Ən yaxşı yeni oyunlar” kateqoriyasına daxil edilmiş və "Google Play”də 5 milyon dəfədən çox yüklənmiş məşhur "Fatal Fight” mobil oyununun müəllifidir. Qısa bir vaxt ərzində populyarlaşan oyun sonradan "İtech Media Solutions” şirkətinə satılıb və Çinin Android marketində (TapTap) "Top 1” mobil oyun adına layiq görülüb.
Toğrul Səməd həmçinin "Buglance” crowdtesting platforması və "Tado Cafe” kimi digər uğurlu startapların müəllifidir.
"AppLab” mərkəzindəki görüş zamanı Toğrul öz uğur hekayəsini danışıb və gənclərə uğurlu startapın və biznesin başlanılması və idarə edilməsinə dair mühüm tövsiyələr verib.
Xatırladaq ki, "AppLab” layihəsinin iştirakçıları şirkətin "AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. "AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün "Bakcell”dən dəstək alırlar. "AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Şərhlər