Texnologiya 11:43 04.06.2019

"Apple" "Dark Mode" rejimini təqdim edib

"Apple” şirkəti qaranlıq rejimi - "Dark Mode”un yer aldığı "iOS 13” platformasını tətbiq edib.


Qaynar.info xarici mətbuata istinadla xəbər verir ki, "Dark Mode”u WWDC konfransında proqram təminatının hazırlanması üzrə vitse-prezident Kreyq Federigi təqdim edib.


"Dark Mode” seçildiyi zaman interfeys və tətbiqlər qara fonda açılacaq. Bu funksiya az işıqlı məkanda işləyərkən faydalı olacaq.


Nigar