"iPhone" smartfonun ekranlarından çəkilmiş skrinşotlarda Nyu-York küçələrindən biri əks olunub.
"Apple Maps" xəritələr xidmətinin göstərdiyi mənzərədə Nyu-York viranə, xarabazar şəhər kimi görünür.
Milli.Az bildirir ki, xəritədəki Nyu-York küçəsində zibil topaları, bunkerə bənzəyən təpəciklər, sarı ləkələr təki "taksi"lər, viranə binalar var.
Amerikalı bloqerlər Apple korporasiyasının hələ belə rüsvay olmadığını yazırlar. "Salvador Dalinin Nyu-Yorku", "Stiv Cobsun goru çatladı və o, məzarından çıxdı" - bunlar amerikalı bloqerlərin "ən yumşaq" tənqidləridir. Apple Maps xəritələr servisi "Apple"-in Avstraliyanın Sidney şəhərindəki firma dükanını yanlış göstərib, uşaq bağçasını hava limanı, şəhəri - xəstəxana kimi qələmə verir.
Qaynar.info
Şərhlər