Xəbər lenti

Texnologiya 12:54 14.01.2018

"Apple"ı 740 milyon dollarlıq cərimə gözləyir

"Samsung"un iddiasına görə, texnologiya nəhəngi "Apple" batereyası tükənmiş, zərər görmüş İphone telefonlarının cari balansının pozulması ilə telefonun digər funksiyalarını qəsdən yavaşlatdığını rəsmi olaraq açıqlamışdı. Bu hadisənin ardından Apple şirkəti dünyanın 4 bir tərəfindən məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, Cənubi Koreyada "Apple" şirkətini İphone telefonlarını yavaşlatdığı üçün məhkəməyə verənlərin sayı 370000 nəfəri keçib. Bu isə Cənubi Koreya əhalisinin hər 140 nəfərdən biri deməkdir. 

Əgər məhkəmə "Apple" şirkətinin əleyhinə qərar versə, şirkət adam başına 2000 dollar olmaqla, ümumilikdə 740.000.000 dollar təzminat ödəyəcək. Və hazırki vəziyyətə əsasən demək mümkündür ki, şirkətin məhkəməni udma ehtimalı çox aşağıdır. 

Nərmin Həsənli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->