Aprel döyüşlərinə görə Sarkisyana qarşı cinayət işi açıla bilər

Aprel döyüşlərinə görə Sarkisyana qarşı cinayət işi açıla bilər

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı cinayət işi açıla bilər. Bu barədə "Qrapark” qəzeti yazır. 

Qəzet baş nazir Nikol Paşinyanın azalmaqda olan nüfuzu artırmaq üçün bu addımı atmaq istədiyini yazır.

"Gündən-günə azalan reytinqini saxlamaq üçün hökumət geniş kadr dəyişikliyinə getməyi planlaşdırır”- deyə "Qrapark” yazır.

Araşdırmaların 1 mart 2008-ci il iğtişaşları, 2016-cı ilin aprel döyüşləri və Mehri şəhərində dəmir yolu xəttinin sökülməsi ilə bağlı aparılacağı gözlənilir. (Modern.az)
XƏBƏRLƏR
BLOGLAR