Siyasət 15:40 16.03.2013

Aprel-may aylarında kütləvi aksiyalar olacaq

"Aksiyalarla bağlı Məşvərət Məclisində müzakirələr gedir. Çox güman ki, aprel-may aylarında Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət olunacaq". 

Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. Partiya sədri bildirib ki, BŞİH-dən aksiyaların keçirilməsi üçün konkret yer tələb olunacaq: "Tələb edəcəyik ki, şəhər daxilində siyahıda olan yerlərdən birini versinlər, biz də kütləvi aksiyalar keçirək. Siyahıda konkret olaraq iki yer var. Həmin yerlərdə keçirmək niyyətindəyik. Hələ o yerləri açıqlamaq istəmirik. Bilirsiz ki, BŞİH-in aksiyaların keçirilməsi üçün bizə vermədiyindən məhkəməyə müraciət etmişik. Aprelin 2-də Bakı 1 saylı İqtisad Məhməsində məhkəmə iclası olacaq".

Ə.Temirxan hesab edir ki, Məşvərət Məclisinin təşkil etdiyi aksiyada quruma daxil olmayan partiyaların da iştirak etməsini demək tezdir: "Məşvərət Məclisinə daxil olmayan digər partiyaların da prosesə qoşul imkanı barədə fikir bildirmək hələ tezdir. Ola bilsin, aksiyaları həmin partiyalarla birlikdə keçirək. Hələ gözləyirik".

İlkin
Qaynar.info